Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Kim Çen In ölkəsindəki çətin vəziyyəti etiraf etdi

Tarix: 8 Aprel 2021 09:02

Şimali Koreya lideri Kim Çen In ölkəsindəki mövcud vəziyyətin hər zamankındən daha pis olduğunu etiraf edib.

"Misilsiz bir çox sınaqdan keçməli olduğumuz bütün bu zamanların ən çətin vəziyyətində belə insanların yaşayış şəraitinin yaxşılaşdırılması partiyanın hüceyrələrinə, təməl təşkilatlarına bağlıdır", - deyə o bildirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bundan əlavə, o partiya üzvlərini yanvar ayında partiyanın qurultayında alınan qərarları həyata keçirməyə çağırıb.

Mütəxəssislərin fikrincə, Kim Çen In pandemiyanın ölkə iqtisadiyyatına təsiri, ABŞ tərəfindən tətbiq olunan sanksiyalar, Şimali Koreyanın təcrid olunması, koronavirus infeksiyası səbəbiylə həyatının, habelə on ilə yaxın hakimiyyət dövrünün bəlkə də ən çətin anını yaşayır.


Etiketlər:  Çen ölkəsindəki çətin vəziyyəti etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ