Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 20:24
Samsung Adidas ilə əməkdaşlıq üçün xüsusi bir Galaxy Buds Pro dizayn edib. "Galaxy Buds Pro Adidas Originals" adlanan simsiz qulaqlıq, texniki cəhətdən eyni olsa da dizayn baxımından Adidas ilə eynidir. Bundan əlavə, bu simsiz qulaqlıq Galaxy telefonlarına xüsusi mövzu gətirir.
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, bu yaxınlarda təqdim etdiyi simsiz qulaqlıq "Galaxy Buds Pro"nun xüsusi bir versiyasını açıqlayıb. Yalnız Cənubi Koreya üçün buraxılmış qulaqlıq "Galaxy Buds Pro Adidas Originals" adlanır. Adından da göründüyü kimi bu xüsusi buraxılış idman geyimi markası Adidas ilə iş birliyində hazırlanmış və Adidas ilə sinonim olan ağ və yaşıl rəng birləşməsinə malikdir.
Samsung və Adidas arasındakı əməkdaşlıqdan doğan Galaxy Buds Pro texniki cəhətdən adi modellə eynidir. Bununla birlikdə, xüsusi bir şarj qutusu və Adidas məhsuluna bənzəyən bir qutusu olan qulaqlıq, Stan Smith Adidas seriyası üçün hazırlanmışdır. "Galaxy Buds Pro Adidas Originals"ı daha da xüsusi edən şey, təkrar emal edilmiş materialdan hazırlanmasıdır. Nəhəng şirkətlər davamlılığı və təmiz ekosistem təşəbbüslərini dəstəkləmək üçün belə bir şey etdiklərini açıqlayıblar.