Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa oyununda meydana çılpaq azarkeş girdi - FOTOlar

Avroliqa oyununda meydana çılpaq azarkeş girdi - FOTOlar

Tarix: 9 Aprel 2021 09:40

Avropa Liqasının 1/4 finalında keçirilən "Qranada" - "Mançester Yunayted" ilk oyunu (0:2) zamanı gözlənilməz hadisə yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 6-cı dəqiqəsində meydana çılpaq azarkeş daxil olub. Bu səbəbindən görüş müvəqqəti dayandırılb. Qazonun üstünə yıxılan lüt kişini mühafizəçilər meydandan kənarlaşdırıb. Bundan sonra matç davam etdirilib.

Qeyd edək ki, sözügedən görüş koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Lakin həmin azarkeşin stadiona necə daxil olduğu məlum deyil.

Milli.Az


Etiketlər:  Avroliqa oyununda meydana çılpaq azarkeş girdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ