Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 13:06
Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Xəqani Məmmədov olub.
Sonxeber.net xezerxeber-ə istinadən bildirir ki, Vətən müharibəsi başlayanda Xəqani Məmmədov 6 ayın əsgəri olub.
O, müharibənin ilk günlərindən döyüşlərə qatılıb.
Yaxınlarının sözlərinə görə, o, hər zaman şəhidlikdən danışar və "şəhidliyin zirvəsi ucalıqdır" deyərdi. Döyüşlər vaxtı valideynləri ilə telefonla danışarkən də tezliklə evə gələcəyini bildirib.
Suqovuşan istiqamətində döyüşlərdə iştirak edən Xəqani Məmmədov hər zaman şücaəti və cəsurluğu ilə seçilib. Oktyabrın 4-də qumbaraatanla düşmən səngərinə bir neçə qumbara atıb. Özü də səngərə hücum edərkən minaatan mərmisinin qəlpəsindən şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun bədənindən çıxarılan qəlpələri yadigar olaraq saxlayır.
Xəqani Məmmədov ölümündən sonra 4 medalla təltif edilib.