Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiq zamanı hansı qidaları yemək tövsiyə edilmir?

Yüksək təzyiq zamanı hansı qidaları yemək tövsiyə edilmir?

Tarix: 10 Aprel 2021 23:45

Əkşn on Solt (Action on Salt) cəniyyətinin tibb mütəxəssisləri, yüksək qan təzyiqi olan insanlara, tərkibində yüksək səviyyədə duz olan qidalardan və qurudulmuş ətdən pəhriz etməyi tövsiyə edir. Mütəxəssislər müəyyən qidaların qan təzyiqi səviyyəsinə böyük təsir göstərdiyini qeyd edir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bir çox ət məhsulunun yüksək miqdarda duz ehtiva etməsi qan təzyiqinə mənfi təsir göstərə bilər və ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Mütəxəssislərin fikrincə, "delikates" sayılan qidaların qablarının üzərində az duz konsentrasiyalı olduğu yazılsa da, yüksək təzyiqli xəstələr üçün təhlükəli olan natrium maddəsi var. Əkşn on Solt cəmiyyətinin qeyd etdiyi kimi, yüksək miqdarda duzun qəbulu bədənin natrium balansını pozur, nəticədə maye yığılır və daha sonra yüksək qan təzyiqi yaranır. Gündəlik duz istehlakının əsas mənbəyinin çörək və kökə, sendviç, kolbasa məmulatları ət məhsulları olduğu qeyd olunur.


Etiketlər:  Yüksək təzyiq zamanı hansı qidaları yemək tövsiyə edilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ