Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 17:56
Ötən gün Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlılarının məsuliyyət zonasında məskunlaşdırılan ermənilər arasında aparılan test yoxlaması nəticəsində daha 11 ermənidə yoluxma aşkarlanıb.
Sonxeber.net Axar.az-a istinadla xəbər verir ki, ötən gün cəmi 57 test aparılıb. 57 testin 11-nin nəticəsinin müsbət çıxması isə ciddi faktdır.
Ümumilikdə builki yoluxma sayı 666-dır. Hazırda 27 nəfər xəstəxanada, qalanları evdə müalicə alır.
Qeyd edək ki, rus sülhməramlılarının Qarabağa köçürdüyü ermənilərin rəsmi sayı 52.700-dür. Rus sülhməramlıları onlara pulsuz tibbi xidmət də göstərir.