Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares “Atletiko”dan ayrılır

Suares “Atletiko”dan ayrılır

Tarix: 11 Aprel 2021 18:36

"Atletiko"nun hücumçusu Luis Suares mövsümün sonunda İngiltərəyə qayıda bilər. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü sabiq klubu "Liverpul"un maraq dairəsindədir.

34 yaşlı forvardın Madrid klubunda baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi vurğulanır. Suaresin argentinalı mütəxəssisin qurduğu taktiki sistemdən narazılıq bildirməsi tərəflər arasında mübahisəyə yol açıb. Bu üzdən onun "Liverpul"a dönməsi istisna edilmir.

Qeyd edək ki, "Atletiko"ya ötən ilin yayında "Barselona"dan keçən Luis Suaresin müqavilə müddəti gələn ilin yayına qədərdir. O, daha öncə "Liverpul"da parlaq dönəm keçirib.

Milli.Az


Etiketlər:  Suares Atletikodan ayrılır


RƏYLƏR