Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski məşqlərə başladı

Levandovski məşqlərə başladı

Tarix: 12 Aprel 2021 18:54

"Bavariya"nın zədəli futbolçusu Robert Levandovski bərpa prosesinə başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu artıq fərdi məşqlərə start verib. O, qaçış hərəkətləri üzərində işləyir. Lakin bildirilir ki, buna baxmayaraq, polşalı oyunçu aprelin 14-ü Çempionlar Liqasının 1/4 finalında PSJ ilə görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Levandovski DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Andorra ilə matçın (3:0) 63-cü dəqiqəsində diz bağlarından zədələnmişdi.

Milli.Az


Etiketlər:  Levandovski məşqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ