Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyə Qarabağda yanımızda olmalıdır'' - Polkovnik

''Türkiyə Qarabağda yanımızda olmalıdır'' - Polkovnik

Tarix: 13 Aprel 2021 11:39

"İşğal altında olan torpaqlarımızın azad olunması Azərbaycanın öz daxili məsələsi olsa da, bir o qədər də beynəlxalq bir məsələ olduğu üçün təqribən 28 il müddət ərzində torpaqlarımızın azad olunması bizim üçün çətin olmuşdu". 

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq etdiyimiz kimi qardaş ölkənin Qarabağda da yanımızda olması vacibdir:

"Buna baxmayaraq Azərbaycanın Ali Baş Komandanının siyasi iradəsi, xalq-ordu həmrəyliyi sayəsində 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Məhz bu 44 günlük müharibə ərzində də bir sıra dövlətlərin siyasi dəstəyi də qiymətləndirilməlidir. Hansı ki, bu dövlətlər arasında Türkiyə və Pakistan kimi qardaş ölkələr var.

Bu gün azad olunmuş torpaqlarımızda yenidən bərpa işlərinin aparılması, infrastrukturun qurulması və sülhün davamlılığının təmin olunması üçün Türkiyənin Qarabağda da hərbi kontingent baxımından yanımızda olması, bütün sahələrdə onlarla əməkdaşlıq etməyimiz bir o qədər zəruridir".

Təhməz Əsədov


Etiketlər:  Türkiyə Qarabağda yanımızda olmalıdır Polkovnik


RƏYLƏR