Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DƏHŞƏT: Sabiq futbolçu 5 nəfəri qətlə yetirib, sonda özünü güllələdi

DƏHŞƏT: Sabiq futbolçu 5 nəfəri qətlə yetirib, sonda özünü güllələdi

Tarix: 13 Aprel 2021 14:06

Vaxtilə Amerika futbolunun tanınmış simalarından olmuş şəxs faciəvi qətl törədib. Öncə 5 nəfəri güllələyib, ən sonda özünü. 

Sonxeber.net offsideplus.az-a istinadla xəbər verir ki, hadisə aprelin 7-də Cənubi Karolinada baş verib. Filip Adams adlı sabiq futbolçu mənzilə daxil olaraq 70 yaşlı məşhur həkimi - Robert Lesslini, onun 69 yaşlı xanımı Barbaranı, iki nəvələrini - 9 yaşlı Ada ilə 4 yaşlı Noanı, eləcə də evdə işləyən Ceyms Luisi güllələyib. Xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Adams hadisə yerindən qaçsa da, güc strukturları isti izlərlə keçmiş futbolçunun valideynlərinin evində gizləndiyini aşkarlayıb. Polislər nəzərdə tutulmuş ünvanda axtarış apararkən ələ keçəcəyini görən Adams özünü güllələyib.

Hadisənin hansı səbəbdən törədilməsi haqda məlumat verilmir.

Qeyd edək ki, 32 yaşlı qatil idmançı peşəkar karyerasını 2015-ci ildə başa vurmuşdu. Vaxtilə "San-Fransisko Forti Nayners", "Nyu-İnqland Patriots", "Sietl Sixoks", "Oklend Reyders", "Nyu-York Cets", "Atlanta Felkons" komandalarının şərəfini qoruyub.


Etiketlər:  DƏHŞƏT Sabiq futbolçu nəfəri qətlə yetirib sonda özünü güllələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ