Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümdən dönən Anar Mədətov: “3 dəfə həyata gəlmişəm” - VİDEO

Ölümdən dönən Anar Mədətov: “3 dəfə həyata gəlmişəm” - VİDEO

Tarix: 13 Aprel 2021 14:30

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı prodüser Anar Mədətov olub.

Sonxeber.net xəbər verir ki, məşhur prodüser 2 dəfə ölümlə üz-üzə qaldığını deyib:

"İki dəfə ölümdən dönmüşəm. Birincisi məktəb vaxtı, idman dərsində olub. Sinif yoldaşım topu möhkəm atdı, qarın nahiyəmə dəydi. Özümü pis hiss etdim. Müəllimdən icazə alıb çıxdım. Əl-üzümü yuyanda burnumdan qan açıldı. Başım fırlandı. Sonrasını xatırlamıram. 50 dəqiqə huşsuz vəziyyətdə yerdə qalmışam. Appendisitim partlayıb, qanımda zəhərlənmə gedib. Əməliyyat olundum, 2saat,45 dəqiqə çəkdi. Həkim dedi ki, həyata qayıtdığna şükür et. İkinci dəfə isə dostumla gecə vaxtı maşınla yol gedirdik. Yolda saxlayıb təndir çörəyi aldıq. Oturduq maşında, elə çörəyi qoparıb yeməyə başladığım anda qəfil maşın fırlanmağa başladı. "Zil" markalı yük avtomobili sürətlə gəlib bizim olduğumuz maşına dəymişdi. Ayılanda vəziyyətim çox pis idi. Xəstəxanaya aparmışdılar. Hətta, telekanalların birində, xəbərlər proqramında qəzanı göstəriblər. Həmin gün də 2-ci dəfə həyata qayıtmışam. Ona görə də mənim 3 doğum günüm var".


Etiketlər:  Ölümdən dönən Anar Mədətov dəfə həyata gəlmişəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ