Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb

Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb

Tarix: 13 Aprel 2021 14:56

Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb.

Bu barədə Sonxeber.net-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.


Etiketlər:  Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ