Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 17:10
Türkiyədə bibi qardaşı qızını oğlu ilə evləndirmək üçün qaçırıb.
Sonxeber.net sonxeber.az-a istinadən xəbər verir ki, 48 yaşlı Bünyamin Yumuk və 42 yaşlı Cennet Yumuk cütlüyün iki qızı Gülsüm Yumuk və Sevda Yumuk evdən qaçıblar.
14 yaşlı Sevda Yumuk Sinanpaşa bölgəsində yerləşən dayanacaqda avtobus gözləyən zaman polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Bir neçə gün sonra Sevda Yumuk yenidən evdən qaçıb. Polislər tərəfindən ikinci dəfə tapılan qız uşaq evinə yerləşdirilib.
Gülsüm Yumukun axtarışı isə hələ də davam edir.
Bünyamin Yumuk Gülsümün bibisi tərəfindən qaçırıldığını iddia edir:
"Bacım qızımı öz oğlu ilə evləndirmək istəyir. Ona görə də məni hər yerdə pisləməyə çalışır. Mən qızımı oxutdurmaq istəyirəm. Onu hələ evlədirməyi düşünmürəm. Həyat yoldaşım hazırda xəstəxanadadır. Polislərdən qızımı tapıb, mənə qaytarmalarını istəyirəm".