Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat məhdudiyyətlərin tətbiq ediilməsini təklif edir

Deputat məhdudiyyətlərin tətbiq ediilməsini təklif edir

Tarix: 14 Aprel 2021 14:46

Fazil Mustafa: "Məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı"

Pandemiya ilə bağlı qoyulan qadağalar Ramazan ayında iftar süfrələrində də özünü büruzə verəcək.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa "AzTV"nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olarkən deyib.

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, deputatın fikrincə, bu məsələyə müvafiq alternativ çıxış yolu tapılmalıdır:

"Aidiyyəti üzrə məhdudiyyətlərin forması tərtib olunsa, yaxşı olar. Məsələn, iftar süfrəsində bir masa arxasında 3 nəfərdən artıq şəxsin oturmasına icazə yoxdur. Tam qadağa tətbiq etmək olmur. Qadağalar çox olduqca insanlar qeyri-rəsmi yollarla bir yol tapıb, bunu edəcək. Sahibkarların da vəziyyətini müəyyən qədər anlamaq lazımdır. Ramazan ayıdır".

F.Mustafa onu da qeyd edib ki, Ramazan ayında iftar süfrəsinə toplaşmaq əvəzinə insanlara yardım etmək olar:

"İftar süfrəsinə çəkəcəyimiz xərclə qida məhsullarını alıb, elə həmin insanların evlərinə aparmaq daha savabdır. Qoy elə evində öz ailəsi ilə iftar etsin. Şərtlər elədir ki, məntiqlə qəbul etməliyik ki, insanın sağlamlığı əsasdır. Digər bütün qaydaları təxirə salmaq mümkündür. Heç nəyi qadağan etmək olmaz, məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı".


Etiketlər:  Deputat məhdudiyyətlərin tətbiq ediilməsini təklif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ