Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messidən növbəti rekord

Messidən növbəti rekord

Tarix: 18 Aprel 2021 11:08

"Barselona"nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna İspaniya kubokunun finalında dünən keçirilən "Atletik"lə matçda (4:0) nail olub. Sözügedən görüşdə dubla imza atan argentinalı hücumçu İspaniya kubokununda finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Bununla da o, "Atletik"in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.

Qeyd edək ki, Messi eyni zamanda bu mövsüm vurduğu qolların sayını 31-ə yüksəldib və ardıcıl  13 mövsüm 30 qol səddini keçib.

Milli.Az


Etiketlər:  Messidən növbəti rekord


RƏYLƏR