Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 16:38
Türkiyədə koronavirusa yoluxan 5 aylıq hamilə qadın ölüb.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, Zonguldakda yaşayan, 2015-ci ildə Kemal Sancı ilə evlənən Gülhan Baruönü Sancı İstanbulda süni mayalanma yolu ilə hamilə qalıb.
5 aylıq hamilə olan Gülhan müayinələrə getdiyi üçün müvəqqəti olaraq İstanbuldakı bacısının yanına köçüb, bir müddət sonra isə koronavirusa yoluxub.
Onun müalicəsinə görə uşaq erkən götürülməli olub.
Həkimlərin səylərinə baxmayaraq, Gülhan Sancının da həyatını xilas etmək mümkün olmayıb.