Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 19:05
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, bloger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Sonxeber.net teleqraf.com-a istinadla Aynişan Quliyeva ilə kiçik müsahibəni təqdim edir.
- Gələcəkdə övladınıza məsləhətiniz nə olacaq?
- Ya üzməyi bacaraqsan, ya da batacaqsan.
- Həyatınızdan film çəkilsə, adını nə qoyardınız?
- Həyatım hələ davam etdiyi üçün filmə ad seçməkdə çətinlik çəkirəm.
- İngilis dili dərslərinizə davam edirsiniz?
- Vaxtım olmadığı üçün ara vermişəm. Amma gün ərzində ingilis dilində kitablar oxuyub, filmlər izləyirəm.
- Müğənni kimi yenidən səhnəyə qayıtmağı düşünürsünüz?
- Sadəcə dəstək olun, qalanı mənlikdir.
- Bir insanın sevmədiyini necə anlaya bilərsiniz?
- Onu anlamaq çətin deyil. Gözlərinə baxanda hər şey bəlli olur. Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə, sizi görəndə utanmağa, həyəcanlanmağa başlayacaq. Gözlərinizə çox baxa bilməyəcək.
- Avtomobil sürməkdən qorxursunuz?
- İlk zamanlar avtomobil sürərkən həyəcanlı idim. Amma qorxu hissindən məhrum olduğun üçün qorxmadım.