Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''dan ilk ilində Avropada uğur gözləmək çətindir'' - rus məşqçi

''Arsenal''dan ilk ilində Avropada uğur gözləmək çətindir'' - rus məşqçi

Tarix: 30 Iyul 2019 10:00

"Zenit"in ikinci komandasının baş məşqçisi Vladislav Radimov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Arsenal"ın (Tula) "Neftçi" ilə oyunda şanslarını dəyərləndirib.

Qol.az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibə verən rus mütəxəssis bununla bağlı verilən suala cavab olaraq deyib: "Tuladakı oyunu baxa bilmədim. Nəticə əlbəttə ki, məyusedicidir. Xüsusilə, UEFA reytinqində Portuqaliya ilə mübarizə apardığımız məqamda "Arsenal"ın məğlub oldu. Əgər portuqaliyalılar bu mövsüm bizi qabaqlasa, Çempionlar Liqasında bir yer itirəcəyik. Lakin "Arsenal"dan ilk ilində Avropada uğur gözləmək çətindir".

Qeyd edək ki, "Neftçi" - "Arsenal" görüşü avqustun 1-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Arsenaldan ilində Avropada uğur gözləmək çətindir məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ