Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə 14 günlük matəm elan olundu: ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

Bu ölkədə 14 günlük matəm elan olundu:  ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

Tarix: 21 Aprel 2021 10:42

Çad prezidenti İdris Debinin cəbhədə üsyançılar tərəfindən öldürülməsi ilə əlaqədar 14 günlük matəm elan edilib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə hakimiyyətə müvvəqəti nəzarət edən Hərbi Şuradan açıqlama verilib. Açıqlamaya görə, öldürülən prezidentin oğlu general Mahamat Debinin sədri olduğu Hərbi Şura 18 ay hakimiyyətdə qalacaq. Parlamentin və hökumətin buraxıldığı Çadda müvəqqəti idarəetmə sistemi qurulacaq.

Prezidentin öldürülməsi ilə bağlı Çad ordusu ölkənin hava və quru sərhədlərini tamamilə bağlayıb. Ölkədə komendant saatı elan olunub.

Yerli dairələr bəzi məntəqələrdə üsyançılarla ordu arasında toqquşmaların getidyini yazır.


Etiketlər:  ölkədə günlük matəm elan olundu ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ