Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib

“Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib

Tarix: 22 Aprel 2021 22:12

Köhnəlmiş "Windows 7" əməliyyat sistemi (ƏS) üçün yeniləmə çıxarılıb. Bu haqda "Softpedia" nəşri məlumat verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "KB5001335" adlı yeniləmə paketi həm təhlükəsizlik, həm də əməliyyat sistemi üzrə kiçik yeniləmələri əhatə edir. Məsələn, onlardan bir neçəsi ƏS-də müəyyən səhvləri aradan qaldırır.

Jurnalistlərin sözlərinə görə, yeniləmə yalnız sözügedən ƏS-nin bu və ya digər səbəblərə görə "Windows 10"nun mövcud versiyasına kimi yeniləmək imkanına malik olmayan korporativ istifadəçiləri üçün əlçatan olacaq. Məlumata görə, indiyədək dünyadakı kompüterlərin təxminən 20%-i "Windows 7" sisteminin idarəetməsi altında işləyir.

Milli.Az


Etiketlər:  Microsoft korporasiyası Windows 7 üçün yeniləmə təqdim edib


RƏYLƏR