Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasını öldürüb görün nə hala saldı

Anasını öldürüb görün nə hala saldı

Tarix: 23 Aprel 2021 16:16

Türkiyənin Mersin şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, şizofreniya xəstəliyindən əziyyət çəkən şəxs anasını fiziki zorakılıq nəticəsində öldürərək çemadana yerləşdirib. 

Törətdiyi cinayətdən sonra yatmağa gedən şəxs polislər tərəfindən həbs olunub. 

Hadisənin baş verdiyi binanın mühafizəçisi mənzildə qadın meyidini müşahidə edərək, polisə xəbər verib. 

Polislər ərindən boşanmış, 65 yaşlı qadının cansız bədənini çemodanın içinə qoyulmuş vəziyyətdə tapıblar. Mənzilə daxil olan polislər qatili, yəni mərhumun oğlunu yatan vəziyyətdə ələ keçiriblər.

Qatil anasını affekt vəziyyətində, qəzəbli olduğu an öldürdüyünü etiraf edib. 

Məhkəmə zalındaca həbs olunan gəncin, anasına qarşı tez-tez fiziki zorakılıq etdiyi müəyyənləşdirilib.
 


Etiketlər:  Anasını öldürüb görün hala saldı


RƏYLƏR