Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 18:20
Türkiyəli repçi Yener Çelik bir zamanlar əziyyət çəkdiyi və səhhətində ciddi problemlər yaşadığı çəkisi ilə bağlı açıqlama verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı Armağan Çağlayanın "Youtube" verilişinə qonaq olan sənətçi 185 kiloqram arıqladığını bildirib:
"Çəkim 300 kiloqrama yaxın idi. Arvadım sayəsində 1 il 6 ay ərzində 185 kiloqram arıqladım. Həmin vaxtlar 8 XL ölçülü paltarlar geyinirdim. Hazırda isə ölçüsü 3 XL olan geyimlərdən istifadə edirəm. Həyat yoldaşım mənə çox dəstək oldu. Həyatımı qurtardı. Hədsiz çəkim olduğu zamanlar özümü iradəsiz və zəif hiss edirdim. Hazırda çəkim 127 kiloqramdır. Daha 30 kiloqram da arıqlayacam".