Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib (FOTO)

KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib (FOTO)

Tarix: 30 Iyul 2019 14:39

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) alternativ maliyyə mexanizmlərinə dair Dəyirmi Masa keçirilib.

KOBİA-dan Trend-ə bildirilib ki, Maliyyə, Vergilər nazirliklərinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədə alternativ maliyyələşmə üzrə potensial imkanlar müzakirə edilib.

Tədbirdə İslam İnkişaf Bankı Qrupunun “İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” texniki yardım layihəsi çərçivəsində həyata keçirilən araşdırmalara dair geniş məlumat verilib. Qeyd olunub ki, beynəlxaq və yerli şirkətlərin yaratdığı konsorsium (İslamic Finance Advisory and Assurance Services (İFAAS) və “EKVITA Consulting” MMC) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi ölkə iqtisadiyyatına alternativ investisiya və maliyyə vəsaitlərinin cəlb edilməsi, bankçılıq, mikromaliyyə, qiymətli kağızlar və sığorta bazarlarının inkişafına töhfə vermək, yerli bazarda, xüsusilə kiçik və orta biznes (KOB) üçün yeni maliyyə məhsullarının və xidmətlərin təqdim olunması, maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərin yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Dəyirmi masada alternativ maliyyələşmə mexanizmlərinə dair xarici ekspertlər tərəfindən təqdimatlar keçirilib, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə də KOB subyektlərinin maliyyələşdirilməsində alternativ maliyyə alətlərindən istifadənin genişləndirilməsi və bu sahədə araşdırmaların aparılması öz əksini tapıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ