Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yastıayaqlılıq nədir, müalicəsi varmı? - Həkim izahı

Yastıayaqlılıq nədir, müalicəsi varmı? - Həkim izahı

Tarix: 23 Aprel 2021 23:21

Yastıayaqlıılq niyə yaranır? Simptomları nədir? Uşaq yaşlarında necə aşkarlamalı? Yastıayaqların üzləşdiyi problemlər.

Sonxeber.net osteopat Elfanə Süleymanovanın yastıayaqlılıq barədə məlumatını təqdim edir:

"Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlılıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.

Ayaq tağının tam və ya hissəvi olmaması yastıayaqlılıq adlanır. Yastıayaqlılıq köndələn, boylama və ya qarışıq ola bilər.

Yastıayaqlılığın bir neçə səbəbi var.

Ən əsas səbəbi isə ayaqlara düşən yükün həddən artıq olmasıdır. Bu yüklənmə həddən artıq çox və ya az ola bilər. Bu statik yastıayaqlılıq adlanır. Digər yastıayaqlıq növlərinə pəncənin paralitik, travmatik, raxitik zədələnməsi və ya anadangəlmə yastıayaqlılıq aiddir.

Yastıayaqlılıq simptomları ilə qadınlar daha tez-tez rastlaşırlar. Risk faktorlarına artıq çəki, ayaq üstə iş rejimi, dikdaban və ya dar ayaqqabılar geyinmək aiddir. Bu faktorların nəticəsində pəncənin kostruksiyası dəyişir. Ayaq pəncəsinin əzələ-bağ aparatı zəifləyir. Bu cür ayaq, uzun müddət bir yerdə dayanmaqdan və ya çox gəzməkdən ağrımağa başlayır.

Yerimə zamanı yastıayaqlı pəncədə normal pəncədən fərqli olaraq addımlama zamanı yaranan impuls pəncənin tağı tərəfindən zəifləmir və bütün oynaqlara ötürülür. Beləliklə dayaq-hərəkət aparatı normal fizioloji vəziyyətindən daha çox yüklənir. Bu zaman amartizator funksiyasını onurğa sütunu öz üzərinə götürür. Nəticədə onurğa sütünu boyunca çoxsaylı ağrılar, yırtıqlar, sinir köklərinin sıxılması və s. kimi problemlər yarana bilər.

Yastıayaqlılıq simptomları:

- Ayaqqabı seçimində problemlər yaranır, pəncənin eni adət etdiyiniz ölçüdə ayaqqabını geyinməyə imkan vermir.

- Ayaqda, baldırda və bud nahiyəsində günün sonunda yaranan ağırlıq və küt ağrılar. Bu ağrılar yuxudan sonra keçir.

- Baldır əzələlərində ağrı, pəncələrdə şişkinlik, qamət pozulmaları (kifoz, skolioz)

- Ayaq baş barmağının dərisində çapıqlaşma zonaları yeriş zamanı diskomfort hissi yaradır.

- Yerişin dəyişilməsi, yerişin ritmi və sürəti dəyişir. Ayaqqabı və corabın iç tərəfi yeyilməyə başlayır.

- Boylama yastıayaqlılıqda pəncənin ortasına təzyiq zamanı ağrı olur, pəncə yastılaşır, ayaq arxası şişkinləşir.

- Köndələn yastıayaqlılıq zamanı isə ayaq ucları enlənir. Ayaq yastığı nahiyəsində "döyənək" yaranır. Pəncə ucları getdikcə enlənir.

Yastıayaqlılığın müalicə üsulları

Yastıayaqlılığı çox asan bir testlə üzə çıxartmaq mümkündür. Ayaq pəncəsini hər hansı bir bitki yağı ilə yağlayıb, ağ vərəqin üstünə çıxaraq alınan şəklə əsasən ayaq pəncəniz haqqında sizə məlumat vermək mümkündür. Ayaq barmaqlarından pəncəyə kimi olan nahiyədə oymanın ölçüsünə əsasən yastıayaqlılığı təyin etmək mümkündür. Oyma nə qədər kiçikdirsə yastıayaqlılığın dərəcəsi də bir o qədər böyükdür.

Yastıayaqlılığa şübhə və ya ona səbəb olan faktorlar və simptomlar varsa, mütəxəssisə getməyi təxirə salmayın. Pəncənin bu cür vəziyyəti müalicə olunmazsa simptomlar getdikcə artacaq və yaş artdıqca şikayətlər çoxalacaq.

Bunun üçün ayaq pəncəsi və bədənin bütün sümük-oynaq sistemi osteopat həkim tərəfindən müayinə olunur, hər hansı bir oynaqda olan patologiyalar oynağın bağ aparatı və sümük sistemi arasındakı əlaqə normal fizioloji vəziyyətə qaytarılır. Osteopat həkim öz əlləri vasitəsi ilə pasient orqanizminə müəyyən ritm və tezlikdə təsir göstərərək itirilmiş funksiyaları normallaşdırmağa və balansa qaytarmağa yönəlmişdir. /medicina.az


Etiketlər:  Yastıayaqlılıq nədir müalicəsi varmı Həkim izahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ