Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi”nin sahibi Kremldən təlimat alıb?

“Çelsi”nin sahibi Kremldən təlimat alıb?

Tarix: 24 Aprel 2021 15:12

"Çelsi" klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Kremlin çağırışından sonra Super Liqada iştirakdan imtina edib.

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, alman nəşri Vladimir Putinin "Avropa futbolunu uçuruma yuvarlanmaqdan qurtar"ması rəyindədir.

İddiaya görə, Super Liqaya etirazın səbəbkarı yalnız "Çelsi" azarkeşlərinin deyil, Roman Abramoviçə Kremldən gələn zəngdir.

"Rusiyalı milyarder Super Liqanın milli maraqlara uyğun olmadığı mesajını alıb, - deyə "Suddeutsche Zeitung" qeyd edir. - Fakt budur ki, Rusiyanın qaz inhisarı olan "Gazprom" UEFA Çempionlar Liqasının əsas sponsorudur. Bundan əlavə, UEFA-nın Avropa çempionatı yayda Sankt-Peterburqda keçiriləcək və Çempionlar Liqasının finalının da 2022-ci ilin yayında Rusiyada keçirilməsi planlaşdırılır. Deməli, burada - nəinki burada - böyük dünya siyasəti qəfildən rol oynayıb: Abramoviç prezident Putinlə münasibətləri pozmaq istəməyib". 

Milli.Az


Etiketlər:  Çelsinin sahibi Kremldən təlimat alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ