Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 13:00
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı rəqqası Fatimə Fətəliyeva olub.
Sonxeber.net xəbər verir ki, rəqqasə, müğənni Rəqsanə İsmayılovanın Rusiya toylarına gedən müğənillərə bildirdiyi iradına münasibət bildirib:
"Mən görmədim. Görmədiyim şeydən necə danışa bilərəm? Getdim toyumu oxudum, hörmətlə qarşılayıb, yola saldılar. Kim nə etsə öz adına layiq hərəkət edir. Kimisə qınamaq olmaz. 5 barmağın hamısı eyni deyil. Elə dəyərli sənət nümayəndələrimiz var ki, ailələri nümunə ola bilər. Amma "o" adda onlar da gedir. Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskavaya dəvət edəndə salam verməyə utanacam. Səbəb isə hamımız haqqında "düzgün yolun adamı" deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədisə, kimin hərəkətindən xoşun gəlmirsə özünə zəng edib de".
Qeyd edək ki, Rəqsanə İsmayılova İnstaqramda canlı yayımda Rusiyada toya gedən müğənniləri tənqid edərək bu sözləri deyib: "Toydan sonra evinizə gedin, başqa yerə yox. Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram".