Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanunsuz balıq ovlayanlar saxlanılıb - FOTO

Qanunsuz balıq ovlayanlar saxlanılıb - FOTO

Tarix: 26 Aprel 2021 16:56

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək balıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.

Faktlarla bağlı Bərdə RPŞ-də istintaq aparılır.

Milli.Az


Etiketlər:  Qanunsuz balıq ovlayanlar saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ