Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndi təkcə uşaqları düşünürəm''

''İndi təkcə uşaqları düşünürəm''

Tarix: 26 Aprel 2021 17:20

"Uşaqlar olana qədər adam özünə pal-paltar ala bilir. Hara gedirsənsə, ancaq özünü fikirləşirsən".

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Zaur Baxşəliyev öz sosial şəbəkə hesabında paylaşım edib. O, həmçinin geyim həvəskarı olduğunu bildirib.

"Amma indi təkcə uşaqları düşünürəm. Hara gedirəmsə, gözüm uşaq mağazası axtarır ki, görəsən nə maraqlı, fərqli şeylər var. Böyüklərin mağazasının yanından keçəndə heç diqqətimi cəlb etmir. Halbuki əvvəllər məni o mağazalardan çıxarmaq mümkün deyildi. Təki böyüyəndə qədrimizi bilsinlər", - deyə aparıcı qeyd edib.

Xatırladaq ki, məşhur cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyevanın Dilavər və Davud adında iki övladı var. 


Etiketlər:  İndi təkcə uşaqları düşünürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ