Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Generallar Makronu çevrilişlə hədələdilər

Generallar Makronu çevrilişlə hədələdilər

Tarix: 27 Aprel 2021 18:06

İyirmi general daxil olmaqla mindən artıq istefada olan fransalı zabit prezident Emmanuel Makrona açıq məktub yazaraq, islamlaşma səviyyəsinin artması səbəbindən ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bildiriblər, eyni zamanda hər hansı tədbir görülməyəcəyi təqdirdə hakimiyyəti öz əllərinə alacaqları ilə hədələyiblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, təqaüdçü zabitlər həmçinin respublika ərazisində qanunların işləmədiyi anklavların meydana gəlməsi səbəbiylə ölkənin çökmə ərəfəsində olduğunu vurğulayıblar.

Bundan başqa Makrona "sarı jiletlər"in nümayişləri zamanı hüquq-mühafizə orqanlarını "günah keçisi" kimi ifşa etdiyi xatırladılıb və ordu qüvvələrinin mövcud Fransa təhlükəsizlik qüvvələri arasında geniş dəstək aldığına eyham vurulub.

Məktub müəlliflərini "Milli cəbhə" Partiyasının lideri Marin Le Pen də dəstəkləyib. O, istefada olan hərbçiləri "Fransa uğrunda mübarizəyə" qoşulmağa çağırıb.


Etiketlər:  Generallar Makronu çevrilişlə hədələdilər


RƏYLƏR