Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşlanma vaxtı əqli geriliyin yeni simptomu aşkar edilib

Yaşlanma vaxtı əqli geriliyin yeni simptomu aşkar edilib

Tarix: 27 Aprel 2021 21:27

Avstraliyalı mütəxəssislərinin araşdırmasına əsasən, əvvəllər zövq gətirən şeylərdən daha sonralar məmnunluq hiss etməmək, demansın (əqli gerilik) ilkin əlamətləri ola bilər. Demansın erkən simptomları tez-tez depressiya ilə səhv salınır və xəstələrin sevinc yaşaya bilməmələri bunun səbəblərindəndir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  tədqiqatçılar ümid edirlər ki, yeni alınan məlumatlar, vaxtında düzgün diaqnoz müəyyən etməyə və xəstəliklə mümkün qədər tez mübarizə aparmağa imkan verəcək. Hərçənd ki, bu xəstəliyi hələ tam müalicə etmək mümkün deyil, yalnız onun inkişaf tempini aşağı salmaqla xəstənin vəziyyətini yaxşılaşdırmaq olar. Sidney Universitetinin alimləri sevinc hiss etmə qabiliyyətini itirməyin demansın əlaməti ola biləcəyi barədə xəbərdar edib. Normalda insan hədəflərinə çatmaqdan və yaxınları ilə ünsiyyətdən məmnun olur, lakin anhedoniya olan insanlar (psixo-emosional sxemi pozulmuş insanlar) buna qadir deyillər. "İnsanın qazandığı təcrübənin çox hissəsini həzz alma arzusu ilə şərtlənir, lakin biz bu bacarığı tez-tez təbii qəbul edirik", - deyə elmi işin müəlliflərindən biri olan nevroloq Myuyrann Ayriş söyləyir. "Ancaq təsəvvür edin ki, sadə həyat zövqlərindən istifadə etmək qabiliyyətini itirmək necə olacaq. Tapıntılarımız mümkün müalicə metodları haqqında işarələr verən, beyin hissəsinin kompleks şəbəkəsini əks etdirir. Bunun üçün əlavə araşdırmalara ehtiyac var", - deyə nevroloq qeyd edir.

Milli.Az


Etiketlər:  Yaşlanma vaxtı əqli geriliyin yeni simptomu aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ