Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 10:24
"Burada hər şey əla gedir. Otel yüksək səviyyədədir və yeməklər gözəldir. Bakı ətrafı gözəl olan sevimli şəhərə oxşayır. Dünən gecə şəhəri gəzməyə getdik. İsti havaya öyrəşmək üçün də şəhərə çıxmışıq. Ötən il Kiprdə olanda Larnaka çox isti və rütubətli idi. Hazırkı heyətin çoxu həmin matçda oynadı. Düşünürəm ki, bundan bəhrələnə bilərik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu Ceymi Makqart Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Qarabağ"la cavab oyunu öncəsi klubun saytına deyib.
"Ötən həftə oyun iki fərqli hissədən ibarət oldu. Buraxılan erkən qoldan sonra toparlanmaq üçün vaxt lazım oldu. Amma oyuna yaxşı başladıq. Künc zərbəsindən qol buraxmaq mənfi hal idi. Qələbə qazanmaq istəyiriksə, bu, bir daha təkrarlanmamlıdır. İkinci hissədəki çıxışımızdan məmnun qaldıq. "Qarabağ" hücumda təhlükəlidir. Biz də ilk görüşün ikinci hissəsindəki çıxışımızı davam etdirmək istəyirik. Mənim 1 və ya 2 qol şansım oldu. Amma bundan istifadə edə bilmədim" - deyə o bildirib.
22 yaşlı yarımmüdafiəçi özlərinə inandıqlarını söyləyib: "Xüsusən də, son yarım saatda üzərlərinə getdiyimiz zaman "Qarabağ"ın futbolçuları nə edəcəklərini, bizi necə dayandıracaqlarını bilmirdilər. Çətin oyun olacaq. "Qarabağ" evdə oynayacağı üçün topa daha çox sahib olacağını düşünür. Onların işini çətinləşdirməliyik. Topu ələ keçirdiyimiz zaman onu özümüzdə çox saxlamalıyıq. Bunu bacarsaq, yaxşı şanslarımız olacaq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Dundalk" görüşü yerli vaxtla saat 21:00-da başlayacaq.