Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 12:32
"44 günlük müharibə zamanı varlığı-yoxluğu bilinməyən ABŞ-ın birdən-birə regionda fəallaşmasının bir neçə səbəbi var".
Bunu Sonxeber.net-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı analitik bildirib ki, ABŞ JCPOA-ya mane olan ölkələrə təzyiq göstərəcək:
"Birincisi, erməni lobbistləri tərəfindən erməni soyqırımının tanınmasının əsl səbəblərindən biri, erməni lobbisinin Co Baydenə seçkilərdəki dəstəyinin geri qaytarılmasıdır. İkincisi, ABŞ rəhbərliyinin Türkiyə ilə problemləri var. Bu səbəbdən bu gərginliyi Türkiyənin qonşuları ilə müttəfiqlik üzərində öz xeyirlərinə çevirirlər. Üçüncüsü, İran məsələsidir. Ermənistan və Əsəd hər ikisi İranın müttəfiqi kimi tanınır. Amerika rəhbərliyin əsas istəyi, ən qısa müddətdə JCPOA-ya (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtmağı təmin etməkdir, Buna görə buna potensial olaraq mane olmağa çalışan ölkələrə az da olsa təzyiq göstərəcəklər.
Təhməz Əsədov