Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 13:52
Bakı. Trend:
Hindistanın şərqindəki Bihar ştatında daşqınlar nəticəsində azı 130 nəfər həlak olub.
Trend-in məlumatına görə, 9 milyona yaxın sakin daşqın zonasında qalmaqdadır.
Daşqınlara güclü musson yağışları səbəb olub. Yağıntılar Bihar ştatı ilə yanaşı, Nepalda da davam edir.
Qeyd olunur ki, daşqınlar Bihar ştatının 38 rayonundan 13-nü əhatə edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin