Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 12:40
Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlik tərəfindən ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsi genişləndirilməsi işləri çərçivəsində Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.
Hər biri 50 çarpayılıq mərkəzlərdə il ərzində 1800-ə yaxın sağlamlıq imkanları məhdud uşaq səmərəli fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək. Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, son iki ildə və cari ilin ilk rübündə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulmuş şəkildə istifadəyə verilib. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 30 minə çatacaq.