Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kovaç Qvardioladan üzr istədi

Kovaç Qvardioladan üzr istədi

Tarix: 31 Iyul 2019 15:32

“Bavariya”nın baş məşqçisi Niko Kovaç “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardioladan üzr istəyib.

Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, xorvat mütəxəssis "şəhərlilər"in yarımmüdafiəçisi Leroy Sanenin transferi ilə bağlı səsləndirdiyi fikirlərə görə üzrxahlıq edib.

Kovaç əvvəlcə Sanenin transfer olunacağını əminliklə qeyd etsə də, sonradan transfer baş tutmayıb. O, açıqlama verməkdə tələsdiyini etiraf edib: “Mən komandadan üzr istəyirəm. Gələcək çıxışlarımda özümü daha təmkinli aparmağa çalışacam”.

Kovaç müzakirələrin olduğunu, lakin ortaq məxrəcə gələ bilmədiklərini vurğulayıb: “Biz bu barədə Qvardiola ilə danışdıq. Mən müsahibədə bir qədər sərt çıxış etdim. Lakin Pep ilə görüşərək ondan üzr istədim".

 


Etiketlər:  Kovaç Qvardioladan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ