Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 11:20
Ağdaş rayonu, Mürsəl kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 234 şagirdin təhsil aldığı ikimərtəbəli məktəb binası 1976-ci ildə tikilib.
Bu günə qədər nə cari, nə də əsaslı təmir olunub. Məktəbin döşəməsi cürüyüb, tavanı çöküb, pəncərələri yararsız hala düşüb. Hətta daha bərbad vəziyyətdə olan bir neçə sinif otağı da bağlanıb.
Bütün çətinliklərə baxmayaraq, məktəbdə tədris davam edir. Yəni, 234 şagird bu gün də ciddi bir təhlükə ilə üz-üzədir.
Məsələ ilə bağlı Ağdaş rayon Təhsil Şöbəsinin məsləhətçisi Şöhrət Musayev "Xəzər Xəbər"ə bildirdi ki, rayonda ümümilikdə 67 məktəb var. Bunların arasında qəzalı vəziyyətdə olanlarından bir neçəsi yenidən tikilib və ya əsaslı təmir edilərək istifadəyə verilib. O ki qaldı Mürsəl kənd məktəbinə, yeni məktəbin tikilməsi "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na salınıb. Proqram çərçivəsində yeni məktəb tikiləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: