Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)

ADU-da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub (FOTO)

Tarix: 31 Iyul 2019 19:00

Bakı. Trend:

İyulun 31-də Azərbaycan Dillər Universitetində (ADU) amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub. Universitetdə dil proqramı üzrə təhsil alan xarici tələbələr Azərbaycan xalq mahnılarını dinləyiblər, milli musiqimizlə yaxından tanış olublar.

Trend-in məlumatına görə, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tələbələrə Azərbaycan musiqisinin tarixindən, zəngin folklorumuzdan söhbət açıb. Qeyd olunub ki, xarici tələbələr dil proqramı çərçivəsində həm Azərbaycan, həm də türk dillərini öyrənirlər.

Sonda tələbələr Azərbaycan rəqslərini ifa ediblər.


Etiketlər:  ADU da amerikalı tələbələr üçün konsert proqramı təşkil olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ