Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buzlaqlar daha sürətlə əriyir

Buzlaqlar daha sürətlə əriyir

Tarix: 4 May 2021 19:52

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer kürəsinin 220.000 dağ buzlağı hər il 328 milyard tondan çox buz və qar itirir. Avropalı alimlərin hesablamalarına görə bu qədər miqdarda itirilmiş qar və buz hər il İsveçrəni 7.2 metr su dərinliyinə enməsinə səbəb ola bilərdi. Yer kürəsinin bütün buzlaqları əriməkdədirlər. Hətta əvvəllər stabil hesab edilmiş Tibet buzlaqları da bura daxildir. Bu barədə Pys.org saytı xəbər verib. 2000-ci ildən 2004-cü ilə qədər olan göstərici ilə müqayisədə 2015-ci ildən 2019-cu ilə kimi buzlaqların illik ərimə sürətləri 78 milyard tona kimi artıb.

Alimlərin sözlərinə əsasən son 20 ildə buzlaqların nazikləşməsi 2 dəfə artıb. Ərimiş buzlaqların yarısı ABŞ ilə Kanada regionlarının paylarına düşür. Aparılmış yeni tədqiqat çərçivəsində bütün buzlaqların incələnməsi üçün alimlər ilk dəfə olaraq peyklər vasitəsilə əldə olunmuş 3D fotolardan istifadə ediblər. Nəticədə məlum olub ki, yüksək sürətlə əriyən buzlaqlar arasında Alyaska buzlaqlarıdır.

Kolumbiya buzlağı hər il ortalama 35 metr əriyir. Ümumilikdə isə Yer kürəsinin bütün buzlaqları ərimə prosesini yaşayırlar. İstisna olaraq İslandiya və Skandinaviyada olan bəzi buzlaqları misal gətirmək olar. Həmin regionlarda yağıntı miqdarı artdığı üçün proses bir qədər ləngiyib. Lakin Yer kürəsinin digər regionlarında buzlaqların ərimə prosesi sürətlənməkdə davam edir. Bu proses qlobal temperatur artımını əks etdirir. Tədqiqatçıların fikirlərinə əsasən bunun əsas səbəbi isə kömürün, neftin və qazın yandırılmasıdır.


Etiketlər:  Buzlaqlar daha sürətlə əriyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ