Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı səfir Fransa XİN-ə çağırıldı

Rusiyalı səfir Fransa XİN-ə çağırıldı

Tarix: 4 May 2021 22:06

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb Rusiyanın avropalı diplomatlara qarşı sanksiyalar tətbiq etməsi olub. Bundan başqa, Rusiyanın diplomatik nümayəndəliklərdə əməkdaşların sayını azaltması qərarından narahatlıq ifadə olunub.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqının 8 vətəndaşına Rusiya ərazisinə giriş qadağası qoyub. Onların arasında Avropa Parlamentinin sədri David Sassoli, Avropa Komissiyasının Avropa dəyərləri və şəffaflıq məsələləri üzrə vitse-prezidenti Vera Yurova da var. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu addım Aİ Şurası tərəfindən 6 Rusiya vətəndaşına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atılıb.


Etiketlər:  Rusiyalı səfir Fransa XİN çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ