Tarix: 5 May 2021 11:09
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC-nin kollektivi növbəti ağacəkmə aksiyası həyata keçirib.
Budəfəki aksiyada Siyəzən rayonunun giriş hissəsindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb, müxtəlif ağac tingləri əkilib. Yeni əkilən tinglərə qaydalara uyğun olaraq aqrotexniki qulluq göstərilib.
Davamlı olaraq keçirilən aksiyalarda məqsəd ekoloji tarazlığın bərpasında, ətraf mühitin qorunmasında iştirak etmək, ictimaiyyətin diqqətini yaşıllıqların mühafizəsinə yönəltməkdir.
"Aztelekom" MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyevin sözlərinə görə, bu cür aksiyalar vətəndaşlar arasında təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verir və həm də əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalır.
Təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində gələcəkdə də belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.