Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 11:50
"Ölkəmizdə COVİD 19-a yoluxanların sayının aşağı düşməsinə səbəb uğurla davam edən vaksinasiya prosesinin nəticəsidir".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, epidemioloji vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməlidir:
"Koronavirusa qarşı peyvəndlənmə bütün ölkələrdə eyni səviyyədə deyil. Bəzi ölkələrdə əhalinin çox az faizi peyvənd olunub. Pandemiyanın bitməsi üçün dünya əhalisinin təqribən 80%-i vaksinasiya olunmalıdır. Ancaq o zaman pandemiyanın bitməsi haqqında düşünə bilərik.
Bir çox ştammlar əmələ gəlsə də, istifadə olunan vaksinlərin həmin ştamlara qarşı effektli olduğunu bilirik. Vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməli və mütləq sanitar-epidemioloji (maska, sosial məsafə, əl gigiyenası) qaydalara əməl edilməlidir".
Təhməz Əsədov