Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 12:00
Konyada qanlı hadisə baş verib. "Şərq" Türkiyə mediasına istinadən xəbər verir ki, Dağlıq ərazidə qoyunlar üçün otlaq yeri üstündə dava düşüb. Eyni məhəllədə yaşayan və münasibətləri heç də yaxşı olmayan Hüseyn K. ilə Hüseyn Kayabaş dağlıq ərazidə qarşılaşıblar.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, tərəflər otlaq əraziyə görə mübahisə ediblər. Mübahisə davaya keçib və Hüseyn K.Hüseyn Kayabaşı və oğlu Osman Kayabaşa ov tüfəngindən atəş açıb. Ata və oğul qanlar içində qalıb, Hüseyn K. isə hadisə yerindən qaçıb. Osman Kayabaşı hadisə yerində keçinib. Atası Hüseyn Kayabaş isə hadisə yerinə gələn təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Lakin ata da yolda canını tapşırıb. Qətli törədən Hüseyn K. az sonra polis tərəfindən yaxalanıb.