Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 14:40
Müğənni Nadir Qafarzadə jurnalist Mirşahin Ağayevin qapanma tələb etməsinə münasibət bildirib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan Qafarzadə "Real" TV-nin baş direktroru, əməkdar jurnalist Mirşahin Ağayevin fikirlərinə etiraz edib:
"Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq. Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb. Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var".
İfaçının bu paylaşımı dəstəklənsə də, o bir müddət sonra payaşımını səhifəsindən silib.
Xatırladaq ki, Mirşahin Ağayevin Operativ Qərargahdan tam qapanma olmasını tələb etməsi birmənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət karantin rejiminin sərtləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib.