Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qohumunun avtomobilini sökərək ehiyat hissələrini satdı

Qohumunun avtomobilini sökərək ehiyat hissələrini satdı

Tarix: 6 May 2021 17:34

Masallıda qohumunun avtomobilini sökərək ehiyat hissələrini satan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan "Vaz 21074" markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qohumunun avtomobilini sökərək ehiyat hissələrini satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ