Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 22:08
İkinci Qarabağ Müharibəsində itkin düşmüş kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşib.
Sonxeber.net bildirir ki, Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Füzuli rayonu ərazisində aşkar edilib.
Şəhid zabitimiz 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb.
Allah rəhmət eləsin!