Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 15:42
Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə bağlı 1580 cinayət işi qaldırılıb. 628 nəfər müqəssir qismində cəlb edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.
Onların arasında adları çəkilməyən yüksək rütbəli zabitlər var. İrimiqyaslı cinayət işləri üzrə təhqiqat bir neçə istiqamət üzrə aparılır: çağırış zamanı qanun pozuntuları, səfərbərlik zamanı komplektləşmə, müharibəyə qədər və sonra silah alınması zamanı korrupsiya, eləcə də, Silahlı Qüvvələrin ayrl-ayrı bölmələrinin idarəçiliyi zamanı səhvlərə yol verilməsi. Eyni zamanda taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandirlərin əmrlərinə qulaq asılmaması da bura daxildir.
Azər Nuriyev