Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 11:40
"Arsenal" Rusiya çempionatında "Rostov"un qapısından 2 top keçirdi. Ancaq buna baxmayaraq, Tula təmsilçisinin hücum xətti əhəmiyyətsizdir. Komanda ardıcıl iki oyun uduzdu. "Neftçi"yə qarşı ilk matçda Çerevçenkonun futbolçuları hücumda heç nə düşünə bilmədilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Spartak"ın keçmiş futbolçusu Yevgeni Lovçev Tula "Arsenal"ının Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi deyib.
70 yaşlı rusiyalı futbol veteranı ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan klubunun ilk matçda yaxşı müdafiə olunduğunu söyləyib: "Arsenal" isə gücsüz idi. Evdəki məğlubiyyətdən sonra "Arsenal" Bakıda irəli getməyə və açıq futbol oynamağa məcburdur. Bu isə "Neftçi"nin yalnız xeyrinədir. Ümumiyyətlə, birinci oyun göstərdi ki, "Neftçi" daha üstündür. Buna görə cavab matçında meydan sahiblərinin qələbə qazanacağını düşünürəm".
Qeyd edək ki, "Neftçi" - "Arsenal" görüşü yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.