Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2025 12:50
Bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Bu barədə Sonxeber.net-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.