Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2025 16:55
Müğənni Mənzurə Musayeva uğursuz plastik əməliyyatından danışıb.
Sonxeber.net xəbər verir ki, o, qonaq olduğu efirdə "Funda Hospital"ın plastik-cərrahı Məhəmməd Poluxovun ünvanına ittihamlar səsləndirib.
Sənətçi həkimin söz verdiyi halda pulunu qaytarmadığını bildirib:
"Cammat gözünün altını kəsdirir. Mənim isə gözümün altı qırışsız, düz idi. Əməliyyatdan sonra qırış, torba əmələ gəldi. Üstəlik buxağım olmamışdı. Əməliyyatdan sonra yarandı. Hələ də söz-söhbət gedir. Ödənişi qaytarmalıdır. Söz verib, amma gözləyirəm. Əks halda onunla bağlı tədbir görüləcək".
Musa