Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pişiyin cırmaqladığı qız iflic oldu

Pişiyin cırmaqladığı qız iflic oldu

Tarix: 28 Iyul 2025 08:09

ABŞ-nin Miçiqan Universitetinin nevroloqu Dr. Baibing Çen pişik cırmaqları ilə bağlı az bilinən, lakin ciddi nəticələrə yol aça biləcək sağlamlıq risklərinə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, mütəxəssis pişik cırmağı, dişləməsi və hətta yaralı nahiyənin yalanmasının bəzi hallarda insanlarda sinir sisteminə təsir edən infeksiyalara səbəb ola biləcəyini bildirib. Bu, xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.

Dr. Çen bir yeniyetmənin şiddətli baş ağrısı, görmə pozuntusu və hərəkət çətinliyi ilə xəstəxanaya yerləşdirildiyini, səbəb kimi isə pişik cırmağından yaranan bakterial infeksiya olduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, belə hallarda limfa düyünlərinin şişməsi, qızdırma və yorğunluq müşahidə olunur. Nadir hallarda isə infeksiya beyinə, ürəyə və digər həyati orqanlara yayılır.

Dr. Çen pişiklə təmasdan sonra yaranan hər bir cırmaq və ya yara yerinin dərhal təmizlənməsini və hər hansı ciddi simptom müşahidə olunduqda həkimə müraciət edilməsini tövsiyə edib.


Etiketlər:  Pişiyin cırmaqladığı qız iflic oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ